Qırx PəncərəŞəki qonaq evi

Bələdçi · 5 dəqiqə

Kiş kilsəsi: qazıntı çuxurunun üstündəki şüşə niyə vacibdir

Qafqazın ən qədim kilsə binalarından biri. Ən maraqlı hissəsi divarlar deyil, döşəmədəki çuxurlardır.

Döşəmədəki şüşə

Kilsənin içində döşəmənin bir hissəsi şüşə ilə örtülüb. Altında Norveç arxeoloqu Turbyorn Bilyerinin 2000-2003-cü illərdə apardığı qazıntılarda tapılmış dəfnlər var.

Sümüklərin bəziləri bina tikilməmişdən əvvəlki dövrə aiddir. Yəni yer kilsədən əvvəl də müqəddəs sayılırdı — bina köhnə ibadət yerinin üstünə qoyulub.

Nə vaxt getmək

Kənd yolu dardır, iki avtobus qarşılaşanda gözləmək lazım gəlir. Səhər 10-a qədər və ya günorta 15-dən sonra sərnişin axını azalır.

Kilsənin özü kiçikdir, içəridə 20 dəqiqə bəs edir. Amma kəndin özündə gəzmək üçün bir saat ayırmağa dəyər.

Qısa məlumat
Qazıntı illəri2000-2003
Qonaq evindən5,5 km
Daxildə vaxttəxminən 20 dəqiqə
Sakit saat10:00-a qədər və ya 15:00-dan sonra
Otaqlara bax