Haqqımızda

2015-ci ildən yolda

Bir furqon və iki kuryerlə başladıq. Bu gün 12 məntəqədə işləyirik və ayda 1 400-dən çox korporativ göndəriş daşıyırıq.

Nə edirik

Xəzər Ekspres Bakı və Azərbaycanın regionları üzrə kuryer və yük çatdırılması ilə məşğuldur. Müştərilərimizin böyük hissəsi onlayn mağazalar, hüquq və mühasibat şirkətləri, bir də sənəd dövriyyəsi yüksək olan təşkilatlardır.

İşimizin ölçüsü sadədir: yük vaxtında çatdımı, çatmadımı. Keçən il göndərişlərin 99,2%-i söz verilən müddətdə çatdırıldı — gecikən 0,8% üçün səbəbi müştəriyə yazılı bildiririk.

Necə işləyirik

Hər göndəriş qəbul anında qeydə alınır və izləmə kodu alır. Kod yükün keçdiyi hər mərhələdə yenilənir: qəbul, çeşidləmə, yola salınma, çatdırılma. Alıcı imzaladıqdan sonra göndərənə təsdiq bildirişi gedir.

Qiymətlər saytda açıq göstərilib. Zəng edib «sizin üçün nə qədər olar» sualını vermək lazım deyil — hesablayıcı elə cədvəldəki rəqəmlərlə işləyir.

Komanda

34 nəfərlik komanda: 21 kuryer və sürücü, 6 anbar işçisi, 5 operator və 2 nəfər inzibati heyət. Kuryerlərimizin yarıdan çoxu üç ildən artıqdır bizimlədir.