Sənədlər
Məxfilik siyasəti
Bu səhifə hansı məlumatları topladığımızı, nə üçün istifadə etdiyimizi və nə qədər saxladığımızı izah edir.
Hansı məlumatları toplayırıq
Sifariş verərkən göndərənin və alıcının adı, telefon nömrəsi və ünvanı toplanır. Bunlar olmadan yükü götürmək və çatdırmaq mümkün deyil. Əlaqə formunda isə yalnız ad və sizinlə əlaqə üçün verdiyiniz telefon və ya e-poçt saxlanılır.
Nə üçün istifadə edirik
Məlumatlar yalnız çatdırılmanın təşkili, sizinlə əlaqə saxlanması və qanunla tələb olunan uçotun aparılması üçün istifadə olunur. Reklam məqsədilə üçüncü tərəflərə verilmir və satılmır.
Nə qədər saxlayırıq
Göndəriş məlumatları mühasibat uçotu tələblərinə uyğun olaraq 5 il saxlanılır. Əlaqə formu vasitəsilə göndərilən mesajlar cavablandırıldıqdan sonra 12 ay müddətində saxlanılır.
Kimlərlə paylaşırıq
Yalnız çatdırılmanı həyata keçirən kuryer və filial əməkdaşları ilə — və yalnız konkret göndərişə aid hissə ilə. Dövlət orqanlarına məlumat yalnız qanunvericiliyin tələb etdiyi hallarda və rəsmi sorğu əsasında verilir.
Kukilər (cookies)
Sayt yalnız işləmək üçün zəruri olan texniki kukilərdən istifadə edir. İzləmə və reklam kukisi yerləşdirilmir.
Hüquqlarınız
Sizə aid məlumatların surətini tələb edə, düzəliş etdirə və ya qanunla saxlanması tələb olunmayan hissəsinin silinməsini istəyə bilərsiniz. Müraciət üçün: info@xezerekspres.az.