Kömək

Çatdırılma və ödəniş

Nə vaxt gəlir, neçəyə gəlir və necə ödəyə bilərsiniz.

Çatdırılma

  • Bakı: saat 14:00-a qədər verilən sifariş həmin gün, sonrakılar növbəti gün. 4 ₼ — 50 ₼-dən yuxarı sifarişdə pulsuz.
  • Sumqayıt və Abşeron: 1 iş günü. 5 ₼ — 50 ₼-dən yuxarı pulsuz.
  • Regionlar: kuryer şirkəti ilə 2–3 iş günü. 7 ₼.

Kuryer yola çıxmazdan əvvəl zəng edir. Cavab verilmədikdə sifariş həmin gün bir dəfə də təkrar edilir.

Ödəniş

  • Kuryerə nağd — çatdırılma anında.
  • Kuryerin terminalı ilə kartla — bütün yerli bank kartları.
  • Onlayn kartla — kart məlumatları bankın öz səhifəsində daxil edilir və sayta düşmür.

Qiymətlər AZN ilə göstərilir və ƏDV daxildir.

Sifarişi izləmək

Sifariş qeydə alınandan sonra telefon nömrənizə SMS gəlir. Sualınız olsa +994 12 000 00 00 nömrəsinə zəng edin — hər gün 09:00–20:00.

Qısa cavab

Bakıya bu gün. 50 ₼-dən yuxarı pulsuz. Nağd və ya kartla.

Bu nümunə saytdır. Yuxarıdakı şərtlər real bir mağazanın necə yazacağını göstərmək üçündür; burada sifariş qəbul edilmir.